Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  əxlaq  çatışmazlıq  mübarizə  sevgi  absurd  pullu  mdb  türk  iran  ayı 

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 15309
Dünənki hit: 488
Bugünki hit: 134
Ümumi hit: 143271

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Hacı, Acı, Bacı

Mömin xalqımızın övladları arasında birqat, ikiqat, üçqat, dördqat və hətta beşqat “həci”lərin sayının artmaq ərəfəsində olduğu bu mübarək günlərdə ümumi sevinc balına bir qaşıq qətranımı qatmasam, olmaz. Ona görə yox ki, mərdümazaram, ona görə ki, anormal saydığm halları barmaqla göstərməyəndə nəyə görəsə, dinc dura bilmirəm. Yaxşı, mən lənətlənməsəm, sən söyülməsəm, bizə tüpürülməsə, haracan uzanıb gedəcək anormallıqlar?
Bu dəfə o haqda danışmayacağam ki, şəxsən çox yaxşı tanıdığım bir mürtəd dördüncü dəfə, o qədər də yaxşı tanımadığım və ən azı bu səbəbdən eyni epitetə layiq görə bilməyəcəyim digər bir zat beşinci dəfə, uzaqdan-uzağa haqqında məlumatım olan iki övrət isə hər biri ikinci dəfə Məkkəyi-mükərrəməni şərəfləndirəcəklər. Yəni idmanın bu növündə artıq tetrakampionlarımız, pentakampionlarımız meydana çıxmaqdadır.
Bu dəfə o haqda da danışmayacağam ki, iki-üç gün əvvəl müğənni Ruhinin mini yubkada çəkilmiş şəklinə heyran-heyran tamaşa edəndə, dostlarımın biri irad tutdu ki, “adam Hacıya o gözlə baxmaz!”

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 4, 2008 17:03 | "bu da belə..." | Şərhlər(5)
Baxış sayı: 38
Açar sözlər:
Bookmark and Share

Gec partlayan Bombey

Hindistandakı teraktin dolayısıyla Azərbaycana da təsiri ola bilər

Ötən həftə Hindistanın Mumbai (keçmiş Bombey) şəhərində baş verən terror aktının sadəcə terakt olmadığı getdikcə daha çox aydınlaşır. Üstəlik, düşünməyə əsas yaranır ki, terror aktı Hindistan qədər ən azı Pakistanın da əleyhinə yönəlib. Pakistan isə bizə dost və müttəfiq dövlət olduğundan, həmin regionda gedən proseslər Azərbaycanda da maraq doğurmaya bilməz.
Doğrudan da, 50-yə yaxın terrorçu qayıqlarla dünyanın ən böyük meqapolislərindən birinə basqın edib, şəhərin çox yaxşı qorunan  11 nöqtəsində möhkəmlənib,  iki sutkadan artıq bir müddətdə polislə faktik olaraq müharibə aparırsa, bu, ənənəvi “terakt” anlayışının çərçivəsinə sığmır.  Və xüsusi olaraq hazırlanmış təxribat əməliyyatlarına daha çox oxşayır. 

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 1, 2008 18:39 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 31
Açar sözlər:
Bookmark and Share

Dünyanın 10 ən gözəl birinci xanımı

10.  Mişel Obama (ABŞ)

Qara qız, hara belə? 

Ona “gözəl” demək bəlkə də olmaz, amma biz  - ağ adamlar qara gözəliyi obyektiv dəyərləndirə bilmərik axı. Ona görə də, Amerikanın ilk qara dərili birinci ledisi mütləq bu siyahıya düşməliydi.
…Özünün zəfər nitqində Obama arvadının haqqında belə demişdi: “…Son 16 ildə mənim ən yaxın dostum, ailəmizin söykəndiyi qaya, mənim həm gücümün, həm də zərifliyimin mənbəyi…” (Bütün kişilərə xanımları haqda bu cür sözlər deyə bilmələrini arzulayıram – V.)
44 yaşlı  Mişel necə gəlib çıxıb bu məqama?

O, elitar təhsil ocağı sayılan Prinston Universitetini, sonrasa Harvardın hüquq fakültəsini bitirib. Çikaqoda işləyərkən ərindən daha çox pul qazanırmış.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 26, 2008 3:26 | Bölməsiz | Şərhlər(4)
Baxış sayı: 91
Açar sözlər:
Bookmark and Share

O-ho-ho, bir çəllək də neft!..

Son həftələrdə dəniz quldurlarıyla bağlı xəbərlər dünyanın gündəmini o dərəcədə doldurub ki, adam sanki özünü orta əsrlərdə yaşayırmış kimi hiss edir. Az qala hər üç-dörd gündən bir piratların növbəti basqını, daha bir gəmini girov götürmələri haqda xəbərlər yayılır. Özü də, əgər 2007-ci ilin əvvəllərinə qədər piratlar adətən xırda balıqçı gəmilərinə hücum edirdilərsə, indi böyük ticarət gəmilərini ələ keçirməkdən çəkinmirlər. Ötən həftə isə dəniz quldurlarının həyasızlığı lap həddini aşdı: onlar Amerikaya 2 milyon barrel neft daşıyan “Sirius Star” adlı supertankeri girov götürdülər. Bu nəhəng tanker ölçülərinə görə aviadaşıyıcı gəmilərdən üç dəfə böyükdür, daşıdığı yükün qiyməti isə 100 milyon dollara bərabərdir. Dünya piratçılığının tarixində indiyə qədər heç zaman buna bənzər bir şey olmamışdı.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 23, 2008 22:11 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 51
Açar sözlər:
Bookmark and Share

Dünyanın 10 ən gözəl birinci xanımı

Adətən həmişə dövlətlərin birinci şəxslərindən danışrıq -  prezidentlər, baş nazirlər, krallar... Amma “birinci” epiteti heç də təkcə kişilərə aid olmur axı: “birinci ledi” anlayışı artıq çoxdan oturuşmuş siyasi instituta çevrilib. Və hətta iddia edə bilərik ki, birinci xanımlar bir çox cəhətlərdən öz xalqlarının daha yaxşı təmsil edirlər. O sadə səbəbə görə ki, birinci kişilər siyasətin sərt qaydalarına uyğun oynamağa məcburdurlar, xanımlarsa yox. Birinci xanımlar – öz ölkələrinin humanizm, mədəniyyət, gözəllik potensialının təqdimatçısı, təmsil etdikləri hakimiyyətlərin zəriflik, incəlik simvoludurlar.
Bu dəfə gözəllikdən danışacağıq. Beləliklə, dünyanın 10 ən gözəl birinci xanımı kimlərdir? Əvvəlcə ilk beşliyi sizə təqdim edirəm. Bəri başdan deyim ki, siyahı tamamilə subyektivdir

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 19, 2008 1:58 | Bölməsiz | Şərhlər(16)
Baxış sayı: 250
Açar sözlər:
Bookmark and Share

Kanalizasiyadan Qarabağa

Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskva Bəyannaməsinin imzalanmasından sonra bölgəyə ilk səfərlərini etdilər. Onlar Bakıda olub, Enerji Samitində iştirak edəndən sonra İrəvana yollandılar, oradan Xankəndində gedib, sonra yenidən Ermnəistana qayıdıblar. Belə marşrutun səbəbi yəqin, onunla bağlıdır ki, vasitəçilər Moskva Bəyənnaməsi çərçivəsində hər iki tərəfdən atıla biləcək addımları müəyyənləşdirməyə çalışırlar. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü gözlənilir və bundan sonra aydın olacaq ki, Moskva danışıqları prosesdə yeni mərhələyə keçidi təmin edə bilib, yoxsa yox.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 18, 2008 1:57 | "analiz" | Şərhlər(1)
Baxış sayı: 53
Açar sözlər:
Bookmark and Share

Milsiz elita

Rüstəm İbrahimbəyovun “Pravda”ya verdiyi müsahibədən yoğrulan xəmir yaman çox su apardı. İndiyə qədər az qala on minlərlə dəfə yazılıb-pozulan bir fikrin üstündə əməlli-başlı qalmaqal yaradıldı, ziyalılar bir-birinə qarşı qoyuldu, yalan doğruya, doğru yalana qarışdı. Məsələn, Fərhad Bədəlbəyli və Çingiz Abdullayev deyirlər ki, həmin müsahibə 2006-cı ildə verilib. Halbuki, “pravda.ru” saytında yazının dəqiq tarixi göstərilir: 30.11.2008. Onda belə çıxır ki, mövzunun haqqında danışanların çoxu heç müsahibəni oxumayıblar da. Sadəcə, ağızlardan eşitdiklərinə münasibət bildirirlər.
Buyurub məni də daşlaya bilərsiniz, amma o müsahibədə bu qədər hay-küy doğuracaq heç nəyə rast gəlımədim.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 15, 2008 1:19 | "oriyentir" | Şərhlər(14)
Baxış sayı: 139
Açar sözlər:
Bookmark and Share

Medvedyev getməyə hazırlaşır?

Rusiya prezidenti Dimitri Medvedyev prezidentin səlahiyyətlərinin 6, Dumanın fəaliyyətinin isə 5 ilə qədər uzadılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Layihənin qısa müddətə hər üç oxunuşdan keçəcəyi gözlənilir. Bu niyyətini cənab Medvedyev ötən həftə hamını şoka salan sensasion çıxışında açıqlamışdı. Rusiyanın yeni prezidentinin Federasiya Şurasına ilk müraciəti zamanı daxili və xarici siyasət sahəsində atacağı addımlarla bağlı cızdığı plan xeyli gözlənilməz və radikal idi.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 12, 2008 23:41 | "analiz" | Şərhlər(1)
Baxış sayı: 65
Açar sözlər:
Bookmark and Share

Səs və sənət

Azərbaycanda televiziyaya baxan adamın ən çox eşitdiyi sözlər “sənət” və “səs”, ya da ikisinin birləşməsi olur: “səs və sənət”. Bu ifadə bir qayda olaraq, yiyəlik halının birinci və üçüncü şəxslərində  işlədilir – məsələn: “səsi və sənəti” (olmayanlar), səsim və sənətim (-ə güvənirəm, -lə məşğulam, -lə tanınmışam).  İki söz bir yerdə o qədər tez-tez işlədilir ki, adama elə gəlir, bu dildə “sənət” sözü yalnız oxuyub-oynamaqla bağlı ola bilər. Hər halda, sizi bilmirəm, amma son illərdə şəxsən mənə “sənət” sözünü başqa kontekstdə eşitmək nəsib olmayıb.

 

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 10, 2008 21:49 | "bu da belə..." | Şərhlər(4)
Baxış sayı: 92
Açar sözlər:
Bookmark and Share

Zəncinin arzuları

Amerikada budəfəki seçki “ilk” epitetlərinin arasında keçdi: əvvəlcə hamıya elə gəlirdi ki, Hillari Klinton ilk qadın prezident seçiləcək; sonra Barak Obama praymerizləri adlayan ilk qaradərili namizəd oldu; Sara Peylinin ilk qadın vitse-prezidentə çevrulmək şansı vardı; nəhayət, bu silsiləyə Obamanın ilk zənci prezident seçilməsilə nöqtə qoyuldu. Daha bir rekorda Makkeyn də imza ata bilərdi: ən yaşlı prezident.
Obamanın seçilməsini bütün dünyada ekspertlər müxtəlif mövqelərdən eninə-uzununa şərh etməkdədirlər. Reallıq budur ki, payızın əvvəllərinə qədər çoxları (o sıradan, elə mən də), hələ inanmırdı ki, amerikalılar müsəlman əsilli zəncini prezident görmək istəyərlər. İndiyə qədər bu, fantastik filmlərdə olurdu – məsələn, “5-ci element”, yaxud “Dərin toqquşma” yadınızdamı? Şübhəsiz, gec-tez Ağ Evin qara sahibi də meydana çıxasıydı, amma çoxları düşünürdü ki, buna qədər hələ bir neçə seçki də keçməlidir. Ona görə, indi bir sıra şərhçilər amerikalıların beynində inqilab baş verdiyini yazırlar. Amma zənnimizcə məsələyə belə yanaşmaq o qədər də düz deyil.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 6, 2008 20:48 | "analiz" | Şərhlər(5)
Baxış sayı: 95
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 204    Sonrakı səhifə »